ABŞ birjaları kəskin düşdü | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ birjaları kəskin düşdü

Çin ilə ABŞ ticarət müharibəsinin dərinləşməsi birjalarda kəskin enişə səbəb olur.

"Dow Jones" Sənaye İndeksi açılışda 2.1%, S&P 500 İndeksi 2.1%, Nasdaq İndeksi isə 2.6% düşüb. S&P İndeksi 13 Maydan bəri ən böyük gündəlik azalmanı qeyd edib.

ABŞ-ın10 illik istiqrazının gəlirliliyi 2016-dan bu yana ən aşağı səviyyəni görüb. 

Çin pul vahidi yuanın dollar qarşısında dəyər itirməsilə bu gün qlobal maliyyə bazarlarda kəskin satışlar baş verib. Bu gün Avropa birjalarında da itkinlər 2%-ə çatıb. Stoxx 600 indeksi 2%-dən çox düşüb. Yaponiyada Topix indeksi 2%-ə yaxın, Çinin Şanxay birjası 1.6% düşüb.

Qeyd edək ki, ABŞ-ın əlavə gömrük tarifi qərarına cavab olaraq bu gün Çinin Yuanı ucuzlaşdırdığı bildirilir. Dollar 11 ildən sonra 7 yuan səviyyəsini aşıb.

Marja