Nyu York Birjasında indekslər, həftənin ilk iş günündə kəskin düşərək 13-14 ayın ən aşağı səviyyələrinə enib.
Dou Cons (Dow Jones) İndeksi 2,11 faiz azalma ilə 23592,98 bəndə, Standard&Poors (S&P) 500 İndeksi 2,08 faiz azalma ilə 2545,94 bəndə və Nasdaq Texnologiya İndeksi 2,27 faiz azalma ilə 6753,73 bəndə enib.
Bu nəticələr ilə, illik itkilərini artıran indekslərdən S&P 500 son 14 ayın, Dou Cons isə son 13 ayın ən aşağı səviyyələrini görüb. Nasdaq Texnologiya İndeksi isə 2018-ci ilin Fevral ayından bu yana ən aşağı səviyyəsini qeyd edib.
İndekslərin düşməsinə qlobal iqtisadi inkişafa dair narahatlıqlar, ABŞ-Çin ticarət müharibəsinə dair qeyri-müəyyənliklər və ABŞ Mərkəzi Bankının (Fed) gözlənən faiz qərarı təsir etdiyi bildirilir.
Bundan başqa, Texas ştatındakı federal hakimin "Ucuz Sağlamlıq Sigortası"nın (ACA) keçərsiz olduğuna hökm etməsi, səhiyyə
Marja.az