ABŞ banklarının səhmləri ucuzlaşıb | Banco.az

ABŞ banklarının səhmləri ucuzlaşıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da bir sıra regional bankların səhm sektorundakı vəziyyət 2020-ci ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal (WSJ)” məlumat paylaşıb. Məlumata görə, kotirovkaların azalması daha çox “Silikon Vadisi Bankı”nın iflasından sonra zərər çəkən banklara təsir edib. Los-Ancelesdə yerləşən “PacWest bankı”nın səhmləri təxminən 28%, Nyu Yorkda yerləşən “Metropolitan Bank”nın səhmləri 20%, Arizonada yerləşən “Western Alliance bankı”nın səhmləri isə 15% ucuzlaşıb.

ABŞ-ın ən böyük kredit təşkilatlarının kotirovkaları da hərracda zəiflik nümayiş etdirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram