ABŞ banklarından müsbət balans hesabatları | Banco.az

ABŞ banklarından müsbət balans hesabatları

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ bankları müsbt balans hesabatları açıqlayıb.

Banco.az xəbər verir ki, BofA ikinci rübdə 7,1 milyard dollar, yəni hər səhmə görə 89 sent mənfəət açıqlayıb. Ötən ilin eyni dövründə bu rəqəm 6,9 milyard dollar və hər səhmə görə 83 sent olmuşdu.

BofA-nın satış və əməliyyat gəlirləri illik müqayisədə 15% artaraq 5,4 milyard dollara çatıb.

Bankın səhm alqı-satqısından əldə etdiyi gəlir 10%, sabit gəlirli qiymətli kağızlar, valyuta və əmtəə əməliyyatlarından əldə edilən gəlir isə 16% artıb.

ABŞ Prezidenti Donald Trampın dəyişkən ticarət siyasətləri, geosiyasi gərginliklər və yüksək faiz dərəcələri səbəbindən birləşmə və satınalma (M&A) əməliyyatları zəifləsə də, bank rəsmiləri və analitiklər ilin ikinci yarısında bu əməliyyatların artacağını gözlədiklərini bildiriblər.

Morgan Stanley-nin nəticələri

Morgan Stanley-nin ikinci rübdə sərvət idarəçiliyindən əldə etdiyi xalis gəlir 7,76 milyard dollar olub. Bazar gözləntisi 7,35 milyard dollar səviyyəsində idi.

Ümumi xalis gəlir 16,79 milyard dollar təşkil edib. Səhm satış əməliyyatlarından gəlir 3,72 milyard dollar, institusional investisiya bankçılığı gəliri isə 1,54 milyard dollar olub. Hər səhmə düşən mənfəət 2,13 dollar olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram