Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ bankları beynəlxalq standartlardan daha sərt ipoteka qaydalarına tabe olacaq.
Banco.az xəbər verir ki, ABŞ tənzimləyicilərinin gələn həftə kapital adekvatlığı qaydalarında əhəmiyyətli dəyişiklikləri ehtiva edən planlarını dərc etmələri gözlənildiyi ərəfədə yekun layihədə iri bankların mənzil ipotekası üzrə öhdəliklərinin beynəlxalq standartlardan daha sərt olacağı proqnozlaşdırılır.
Dəyişikliklər maliyyə böhranından sonra həyata keçirilən Bazel III kimi tanınan qlobal sazişin ABŞ versiyasının bir hissəsi olacaq.
Qeyd edək ki, sözügedən planlar iyulun 27-də Fed, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və Xarici Valyuta Nəzarəti Ofisi (OCC) tərəfindən elan ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!