Müəllif: Tamara Mustafayeva, Banco.az
FED ölkədəki bankların ikinci rübdə şirkətlərə verilən kreditlər üzrə şərtləri sərtləşdirdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) bankların kredit vermələri ilə bağlı "Böyük Kredit Mütəxəssisi Rəy Sorğusu" adlı hesabatını dərc edib.
Ölkənin 66 yerli bank və 19 xarici bank filialından alınan cavablarla hazırlanan hesabatda qeyd olunub ki, sorğuda iştirak edən banklar sahibkarlıq subyektlərinə verilən kommersiya və sənaye kreditlərinə və kommersiya daşınmaz əmlak kreditlərinə daha sərt şərtlər tətbiq edildiyini və tələbin zəiflədiyini bildiriblər.
Hesabatda ötən ilki sorğu ilə müqayisədə bankların hər bir kredit kateqoriyası üzrə şərtləri sərtləşdirdiyi vurğulanıb və cari ilin ikinci yarısında standartları daha da sərtləşdirməyi gözlədikləri bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!