ABŞ bankı Goldman Sachs-dan 2015-ci ilə iqtisadi baxış | Banco.az

ABŞ bankı Goldman Sachs-dan 2015-ci ilə iqtisadi baxış

ABŞ bankı Goldman Sachs gələn il iqtisadiyyat gündəliyini məşğul edəcək 10 mövzu başlığını siyahıya aldı.

Budur 2015-ci ildə investorların izləyəcəyi mövzular:

1- Qlobal iqtisadiyyatdakı bərpa sürəti

Goldman Sachs'a görə 2015-ci ilin ən əhəmiyyətli maddələrindən birincisi, qlobal iqtisadi bərpanın sürəti olacaq. Banka dediyinə əsasən ABŞ qlobal iqtisadi bərpanın lokomotivi olaraq qalacaq və bu ilə görə Yaponiya və Avro Bölgəsi daha yaxşı icra nümayiş etdirəcək.

Bankdan verilən açıqlamada həmçinin, bildirildi ki, "İnkişaf etmiş ölkə bazarlarından yaxşı nəticə gözləyirik. Hər nə qədər Çindəki inkişaf məlum şərtlərə görə yavaşlasa da, inkişaf edən ölkələrin digər üzvləri bu bazarlardakı yaxşılaşmadan alacağı dəstəklə daha yaxşı olacaq ".

2- İnkişaf etmiş ölkələr arasındakı fərqlilik

İnkişaf etmiş ölkə iqtisadiyyatları arasındakı inkişaf sürətindəki fərq Goldman'a görə gələn ilin ən böyük gündəm maddələrindən biri olacaq. ABŞ ilə Avropa ölkələri arasındakı inkişaf fərqi öz genişliyini qoruyur.

3- Neftdəki eniş

Goldman, gələn il neft qiymətlərindəki enişin davam etməsini gözləyir. Libya, İraq və İrandakı istehsalın artmasıyla əlaqədar, gələn il 5-15% bir eniş dərəcəsinin olacağı düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

4- Dolların güclənməsi

Banka görə, dollardakı yüksəliş, xüsusilə G-10 ölkələri pul vahidləri qarşısındakı dəyər qazanma, gələn ilin ən əhəmiyyətli mövzularından biri olmağa davam edəcək.

5- Çinin böyüməsi

Goldman'a görə, Çindəki inkişafın seyri gələn il iqtisadiyyat gündəminin ən əhəmiyyətli maddələrindən biri olmağa davam edəcək.

6- Daha sağlam inkişaf edən bazarlar

Goldman, inkişaf edən ölkələrin 2014-cü ilə görə 2015-ci ildə daha sağlam bir halda olmasının gələn ilin əhəmiyyətli gündəm maddələrindən biri olacağını söylədi. 2015-ci ildə Hindistan, Tailand və Çilinin önə çıxan iqtisadiyyatlar olacağı bildirildi.

Digər dörd maddə

Goldman diqqət ediləcək digər dörd maddəni, Avro Bölgəsindəki aşağı inflyasiya, bununla mübarizə, Yaponiya Mərkəz Bankından gələn pul artımı və Avropa Mərkəzi Bankından gəlmə potensialı olan pul artımı olaraq yekunlaşdırdı.

Bu maddələrdən başqa ABŞ Mərkəz Bankından yaxın vaxtlarda gəlməsi gözlənilən faiz artırımının da əhəmiyyətini qoruyacağı bildirildi. Goldman'a görə, Fed-in ilk faiz artımı gələn il sentyabrın sonunda olacaq.

Son olaraq 2015-ci ilin ən əhəmiyyətli son gündəm maddəsi aşağı qazanclı bazarlar olacaq.