Müəllif - Aida İsaq, Banco.az
Qlobal iqtisadiyyatda de-dollarizasiya əlamətləri özünü göstərir.
Banco.az xəbər verir ki, bunu ABŞ-ın ən böyük bankı “JPMorgan”ın ekspertləri bildirib. Bununla yanaşı, onların fikrincə, valyuta yaxın gələcəkdə öz dominantlığını qoruyub saxlayacaq. ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsi siyasəti və Rusiyaya qarşı sanksiyaların tətbiqi fonunda BRİKS ölkələri dolların hegemonluğuna qarşı mübarizə aparmağa çalışır. Qeyd olunur ki, valyuta ticarəti həcmlərində dolların payı 88%-ə çatır. Avrodan istifadə isə son on ildə 8 faiz bəndi azalaraq rekord həddə - 31%-ə düşüb. Bütün bunlara baxmayaraq yuanın payı isə rekord həddə yəbi 7%-ə yüksəlib.
Qeyd edək ki, “JPMorgan”ın müvafiq rəyi bu mövzuda ABŞ-ın böyük bankları tərəfindən ən səs-küylü bəyanat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!