ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib | Banco.az

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 600 min barel olacağı proqnozlaşdırılır. Bu, qurumun əvvəlki proqnozu ilə eynidir. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Hesabata əsasən, gələn il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 630 min barel olacaq. Bu isə öncəki proqnozdan 10 min barel aşağıdır. 

Həmçinin hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 620 min barel səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram