ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb | Banco.az

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 620 min barel olacağı proqnozlaşdırılır. Qurumun bundan əvvəlki proqnozu hasilatın gündəlik 630 min barel olacağına dair idi. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Məlumata görə, gələn il də ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 620 min barel olacaq. Bu da öncəki proqnozdan 20 min barel azdır. 

Hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram