Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 620 min barel olacağı proqnozlaşdırılır. Bu, əvvəlki proqnozla eynidir.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.
Məlumata görə, gələn il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 600 min barel olacaq. Bu isə öncəki proqnozdan 20 min barel azdır.
Hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!