ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı | Banco.az

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 630 min barel olacağı proqnozlaşdırılır. Bundan əvvəlki proqnoz 640 min barelə bərabər idi. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Məlumata görə, gələn il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 640 min barel olacaq. Bu da öncəki proqnozdan 10 min barel azdır. 

Hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et