ABŞ avtomobillər üçün Çin proqram təminatına məhdudiyyətlər qoymağı planlaşdırır | Banco.az

ABŞ avtomobillər üçün Çin proqram təminatına məhdudiyyətlər qoymağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Co Baydenin administrasiyası Çində hazırlanmış avtomobil proqramlarına məhdudiyyətlər qoymaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika hakimiyyəti artıq avqustda avtomobillər üçün Çin proqram təminatının tətbiqinə məhdudiyyətlər təklif etmək niyyətindədir. Məhdudiyyətlər özünü idarə edən texnologiyaların istifadəsi və sınaqdan keçirilməsinə də şamil ediləcək.

Agentlik qeyd edir ki, məhdudiyyətlər Çin şirkətlərini ABŞ-da sürücülər haqqında məlumat toplamaqdan qorumaq üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et