ABŞ avtomobil bazarının lideri bəlli oldu | Banco.az

ABŞ avtomobil bazarının lideri bəlli oldu

Tamara Mustafayeva, Banco.az

ABŞ lüks avtomobil bazarının lideri çip böhranının öhdəsindən daha yaxşı gələn BMW olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, lüks avtomobil istehsalçısı BMW-nin ilin ikinci rübü üzrə Amerika satışları qlobal çip böhranına baxmayaraq, rəqiblərinə nəzərən daha yüksək göstəriciyə çatıb.

Alman avtomobil istehsalçısı BMW ABŞ-da aprel-iyun ayları ərzində 96 min 561 avtomobil satışı ilə ötən ilki göstəriciləri təqribən iki dəfə üstələyib. 2021-ci ilin ilk rübünə görə də satışlar 35% artıb.

Qeyd edək ki, markanın rəqibi "Mercedes-Benz" isə ikinci rübdə 14 min 171 avtomobil satışı həyata keçirib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram