ABŞ Avropa ölkələrindən məhsul idxalına rüsum tətbiq etməyi planlaşdırır | Banco.az

ABŞ Avropa ölkələrindən məhsul idxalına rüsum tətbiq etməyi planlaşdırır

ABŞ hökuməti Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan bir sıra məhsulların idxalına rüsum tətbiq etməyi planlaşdırır.

Bu barədə ABŞ-ın Ticarət danışıqları nümayəndəliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu ölkələrdən idxal olunan zeytun, pivə, yük maşınları kimi məhsullara rüsumun tətbiq olunması, təyyarə, pendir, yoqurt kimi məhsullara isə rüsumun artırılması təklif olunur.

Ümumilikdə, rüsumun 3,1 milyard dollar məbləğində tətbiq olunması gözlənilir.

Yeni rüsumlar Fransanın “Givenchy” və “Hermes” kimi brendlərinə təsir edə bilər.

Hazırda ABŞ-la Avropa İttifaqı arasında ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir. Vaşinqton sənədin layihəsinin onu razı salmayacağı təqdirdə Avropadan avtomobillərin də idxalına rüsumun tətbiq oluna biləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et