ABŞ "Amazon" u məhkəməyə verib | Banco.az

ABŞ "Amazon" u məhkəməyə verib

Müəllif, Mehin Qasımova 

ABŞ  Federal Ticarət Komissiyası (FTC) "Amazon"a qarşı antiinhisar iddiası qaldırıb və məhkəmədən şirkətin aktivlərini satmağa məcbur edilməsi məsələsinə baxılmasını istəyib.

Banco.az xəbər verir ki, hökumət "Amazon"u internetin ən gəlirli sahələrini inhisara almaqda ittiham edir.

FTC 1994-cü ildə qurulan və hazırda 1,3 trilyon dollar dəyərində olan "Amazon"u onlayn bazarında digər platformalarda daha sərfəli məhsullar təklif etməyə çalışan satıcıları bloklamaqda ittiham edir.

FTC-dən verilən açıqlamada "Amazon"un satıcıları öz anbarlarından və çatdırılma xidmətlərindən istifadə etməyə məcbur edərək həm istehlakçılar, həm də satıcılar üçün xərcləri şişirtdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et