ABŞ administrasiyası polad və alüminium tariflərini genişləndirir | Banco.az

ABŞ administrasiyası polad və alüminium tariflərini genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ administrasiyası polad və alüminium tariflərini genişləndirir.

Banco.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, polad və ya alüminiumdan istifadə olunaraq istehsal edilmiş maşınlar, avadanlıqlar, kranlar, külək turbinlərinin hissələri, nəqliyyat vasitələrinin hissələri və mebel iskeletləri kimi məhsullar polad və alüminium törəmə məhsullar siyahısına daxil edilib.

Beləliklə, 407 məhsul kateqoriyasına aid olan polad və alüminium tərkibli məhsullara 50 faiz gömrük rüsumu tətbiq olunacaq.

Polad və alüminiumdan başqa materiallardan ibarət məhsullar isə mövcud digər tariflərə uyğun olaraq tətbiq edilməyə davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram