Müəllif: Tamara Mustafayeva, Banco.az
Trampın “sərhəd çarı” Homan sərhəd keçidlərinin 93 faiz azaldığını bildirib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın “sərhəd çarı” adlandırdığı və ölkənin sərhəd təhlükəsizliyinə cavabdeh olan rəsmisi Tom Homan Trampın qeyri-qanuni miqrantlarla mübarizə istiqamətində atdığı addımlardan sonra sərhəd keçidlərinin 93 faiz azaldığını bildirib.
Homan “Fox News”a verdiyi müsahibədə Trampın qeyri-qanuni miqrasiya ilə mübarizədə “oyun dəyişdirən” rol oynadığını, indiyə qədər heç kimin sərhəd təhlükəsizliyi sahəsində bu cür uğur əldə etmədiyini iddia edib.
Trampın qeyri-qanuni miqrantlarla mübarizə tədbirlərindən sonra sərhəd keçidlərinin 93 faiz azaldığını vurğulayan Homan bunun prezidentin ilk müddətində qeydə alınan azalmadan daha böyük olduğunu qeyd edib.
Sərhəd təhlükəsizliyinin əhəmiyyətini vurğulayan Homan, “Sərhədlərdən kimin, nəyin keçdiyini, niyə keçdiyini və hara getdiyini bilməliyik” ifadəsini işlədib.
Homan artıq sərhəddə uğurlar əldə edildiyini, lakin daha çox iş görüləcəyini bildirərək, Trampın vəzifəyə gəlməsindən sonra ilk bir həftə ərzində sərhəd xaricetmə əməliyyatları çərçivəsində 5 min nəfərin həbs edildiyini və onların əksəriyyətinin cinayətkar olduğunu bildirib.
“Ən pis cinayətkarlar” Quantanamo Körfəzinə göndəriləcək. Homan qeyd edib ki, əvvəllər də bu ərazi miqrasiya mərkəzi kimi istifadə edilib və indi daha da genişləndiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!