ABŞ 7,5 milyard dollarlıq Avropa Birliyi məhsuluna əlavə vergi tətbiq edir | Banco.az

ABŞ 7,5 milyard dollarlıq Avropa Birliyi məhsuluna əlavə vergi tətbiq edir

ABŞ 7,5 milyard dollarlıq Avropa Birliyi (AB) məhsuluna 10-25 faiz arasında əlavə gömrük rüsumları tətbiq edəcək. 18 Oktyabrdan etibarən qüvvəyə minəcək tariflər fransız şərabı, viski, pendir kimi məhsulları da əhatə edir. 

Ümumdünya Ticarət Təşkilatı Avropa Birliyinin Fransanın təyyarə istehsalçısı "Airbus"a verdiyi dəstəyi haqsız rəqabət kimi qiymətləndirib.  
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) AB-nin "Airbus"a qeyri-qanuni hökumət yardımı etdiyinə görə, cəzalandırıcı tədbir olaraq, ABŞ-ın 7.5 milyard dollarlıq AB məhsuluna əlavə vergi tətbiq etməsinə razılıq verib. Bu qərar Dünya Ticarət Təşkilatı tarixindəki ən yüksək təzminatdır.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ, Ümumdünya Ticarət Təşkilatının Avropa Birliyinin "Airbus"a verdiyi dəstəyi haqsız rəqabət kimi qəbul etməsindən sonra 7.5 milyard dollar dəyərindəki AB məhsuluna 18 Oktyabrdan etibarən əlavə gömrük vergisi tətbiq olunacağını açıqlayıb.

ABŞ Ticarət Nazirliyi tərəfindən verilən açıqlamaya görə, ABŞ; Fransa, Almaniya, İspaniya və Birləşmiş Krallıq mülki hava vasitələrinə 10 faiz əlavə gömrük vergisi tətbiq edəcək. Həmçinin viski, şərab zeytun, pendir, kərə yağı, qatıq və bəzi donuz əti məhsulları kimi bir sıra məhsullara da vergilər artırılır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et