ABŞ 7 süni intellekt institutu təsis edəcək | Banco.az

ABŞ 7 süni intellekt institutu təsis edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti ölkədə 7 yeni milli süni intellekt tədqiqat institutunun yaradılmasına 140 milyon dollar maliyyə ayıracaq.

Banco.az xəbər verir ki, Ağ Evin bəyanatında prezident Co Bayden və vitse-prezident Kamala Harrisin administrasiyasının süni intellektdə məsuliyyətli innovasiyaları daha da təkmilləşdirmək və insanların hüquqlarını və təhlükəsizliyini qorumaq üçün atdığı yeni addımlardan bəhs edilib.

Bəyanatda süni intellektin dövrün ən güclü texnologiyalarından biri olduğu, ancaq təqdim etdiyi imkanlardan yararlanmaq üçün ilk növbədə potensial risklərin azaldılmasının zəruriliyi qeyd edilib.

Bəyanatda həmçinin süni intellekt sahəsində məsul Ar-Ge fəaliyyətlərini dəstəkləmək üçün yeni investisiyalar haqqında məlumat verilməklə bildirilib ki, Milli Elm Fondu 7 yeni milli süni intellekt tədqiqat institutunun yaradılmasına 140 milyon dollar vəsait ayıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sözügedən investisiyadan sonra yaradılacaq müəssisələrlə ölkə daxilində bu sahədə fəaliyyət göstərən institutların ümumi sayı 25-ə çatacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et