"ABŞ 6-9 ay ərzində tənəzzül dövrünə girəcək" | Banco.az

"ABŞ 6-9 ay ərzində tənəzzül dövrünə girəcək"

Tamara Mustafayeva, Banco.az

"JPMorgan"ın CEO-su Jamie Dimon ABŞ-ın 6-9 ay ərzində tənəzzülə girəcəyi ilə bağlı xəbərdarlıq edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın ən böyük bankının icraçı direktoru Dimon ABŞ iqtisadiyyatının hazırda "əslində hələ də yaxşı vəziyyətdə olduğunu" və istehlakçıların 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisədə daha yaxşı vəziyyətdə olacağını söyləyib.

Bazar ertəsi Londonda keçirilən JPM Techstars konfransında çıxış edən CEO, "Amma gələcəkdə baş verəcək hadisələrdən bəhs etmədən iqtisadiyyatla bağlı fikir bildirə bilməzsiniz və bu, ciddi məsələdir", deyə bildirib.

Dimon həyəcan təbili çalan göstəricilər arasında nəzarətdən çıxmış inflyasiyanı, faiz dərəcələrinin proqnozlardan çox artmasını, kəmiyyət sərtləşdirməsinin naməlum təsirlərini və Rusiyanın Ukraynadakı müharibəsini qeyd edib.

"Bunlar ABŞ-ı və dünyanı təsiri altına alacaq çox ciddi şeylərdir - yəni Avropa artıq tənəzzüldədir - və yəqin ki, altı-doqquz ay ərzində ABŞ-ı da bir növ tənəzzülə salacaqlar."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram