ABŞ 4 şirkətə Rusiya nefti ilə bağlı sanksiyalar tətbiq edib | Banco.az

ABŞ 4 şirkətə Rusiya nefti ilə bağlı sanksiyalar tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ dörd şirkətə Rusiya nefti ilə bağlı sanksiyalar tətbiq edib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bəzi Qərb ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət həddini pozan 4 şirkətə sanksiya tətbiq etmək qərarını açıqlayıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin dünən verdiyi açıqlamada deyilir.

Qərar Rusiyaya aid olduğu deyilən Liberiya şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən 3 şirkəti əhatə edir.

Nazirlikdən verilən açıqlamada ABŞ-ın Rusiyadan gələn xam neft və neft məhsullarının idxalına qadağa qoyulmasına qərar verən G7 ölkələri, Avropa İttifaqı (Aİ) və Avstraliyanın daxil olduğu “qiymət həddi koalisiyası” adlı beynəlxalq koalisiyanın üzvü olduğu vurğulanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Bürosu G7 ölkələrinin Rusiyadan çıxarılan almazların idxalına qadağa qoyulması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün iki yeni qərar dərc edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et