ABŞ 300 milyard dollarlıq Çin malına 10 faizlik gömrük rüsumu tətbiq edəcək | Banco.az

ABŞ 300 milyard dollarlıq Çin malına 10 faizlik gömrük rüsumu tətbiq edəcək

"Çinlə ABŞ arasında qarşılıqlı rüsumların tətbiqinin nəticələri ilə bağlı bütün məsuliyyət ABŞ-ın üzərinə düşür". Çinin Kommersiya Nazirliyi ABŞ prezidenti Donald Trampın sentyabrın 1-dən etibarən daha 300 milyard dollarlıq Çin malına 10 faizlik gömrük rüsumu tətbiq olunacağı barədə verdiyi açıqlamanı şərh edərkən bu fikirləri bəyan edib. Bu addımın Osakadakı G-20 sammitində əldə olunmuş ikitərəfli razılaşmadan geri addım olduğunu qeyd edən nazirlik ABŞ tərəfinin ticarətdə gərginliyi artırmasının dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyini vurğulayıb: "Ticarət müharibəsində qaliblər ola bilməz".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu ilin may ayında ABŞ hökuməti 200 milyard dollarlıq Çin malına rüsumları 10 faizdən 25 faizə qaldırmış, Çin hökuməti isə bu il iyunun 1-dən 60 milyard dollarlıq ABŞ malına rüsum tətbiq etdiklərini bildirmişdi. Ötən ayın sonunda Osakada keçirilmiş G-20 sammitində iki ölkə liderlərinin görüşü zamanı ABŞ prezidenti məqbul ticarət razılaşmasına hazır olduqlarını bildirmişdi.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et