ABŞ 30 çinli şirkəti qara siyahıya salıb | Banco.az

ABŞ 30 çinli şirkəti qara siyahıya salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Çin arasında ticarət müharibəsi dərinləşir.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aparıcı yaddaş çipi istehsalçısı “Yangtze Memory” də daxil olmaqla 30 Çin şirkətini kommersiya baxımından qara siyahıya salmağı planlaşdırır. Siyahıda olan şirkətlər ABŞ-dan müəyyən olunmuş hissələri sifariş edə bilməyəcək.

Sözügedən şirkətlər ABŞ Ticarət Nazirliyindən xüsusi ixrac lisenziyası əldə etmədən ABŞ təchizatçılarından texnologiya məhsulları ala bilməyəcəklər.

Xatırladaq ki, daha əvvəl qəbul edilən oxşar qərarlar “Huawei”in smartfon bazarındakı payını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, “Semiconductor Manufacturing International”ın Çinin ən böyük çip istehsalçısı olmasına mane olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et