ABŞ 2023-cü maliyyə ilinə 88 milyard dollar büdcə kəsiri ilə başlayıb | Banco.az

ABŞ 2023-cü maliyyə ilinə 88 milyard dollar büdcə kəsiri ilə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Nazirliyi oktyabr ayı üzrə büdcə tarazlığı hesabatını dərc edib.

Banco.az xəbər verir ki, bu hesabata görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin ilk ayında ABŞ federal hökumətinin büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 47 faiz azalaraq 88 milyard dollara çatıb.

Federal hökumət 2022-ci maliyyə ilinin eyni ayında 165 milyard dollarlıq büdcə kəsiri açıqlamışdı.

Ötən ay hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə 12 faiz artaraq 319 milyard dollara çatdığı halda, xərcləri 9 faiz azalaraq 406 milyard dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et