Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neft qiymətləri ilə bağlı proqnozunu yüksəldib.
Banco.az xəbər verir ki, EIA dünyanın ən böyük neft idxalçısı olan Çində tələbatın artacağını nəzərə almaqla, 2023-cü ildə Brent markalı neftin bir barelinin orta hesabla 83,63 dollar səviyyələrində olacağını proqnozlaşdırıb ki, daha əvvəlki proqnoz 83,10 dollar idi.
Agentlik bu barədə “2023-cü ildə Enerjiyə Qısamüddətli Baxış” hesabatının fevral buraxılışında qeyd edib.
Hesabatda ABŞ xam neftinin (WTI) bir barelinin qiymətinin isə 77,84 dollar olacağı proqnozlaşdırılırıb. Yanvarda WTI markalı neftin bir barelinin qiyməti 77,18 dollar səviyyəsində qiymətləndirilmişdi.
Qeyd edək ki, gələn il isə Brent markalı neftin bir barelinin 77,57 dollar, WTI markalı neftin bir barelinin də 71,57 dollar olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!