ABŞ 2018-ci ildə neft ixracını iki dəfə artırıb | Banco.az

ABŞ 2018-ci ildə neft ixracını iki dəfə artırıb

Birləşmiş Ştatlar 2018-ci ildə neft ixracını iki dəfə artırıb və onu sutkada 2 milyon barelə çatdırıb.

Bu barədə bazar ertəsi ABŞ-ın Energetika Nazirliyi yanında İnformasiya İdarəsi məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

"2018-ci ildə Amerika neftinin ixracı sutkada 2 milyon barelə qədər artıb ki, bu da 2017-ci ilin sutkada 1,2 milyon barel göstəricisini iki dəfəyə yaxın üstələyir", - deyə İdarənin açıqladığı sənəddə qeyd olunub.

Nazirlikdən bildiriblər ki, ötən il ABŞ dünyanın 42 ölkə və ərazisinə neft ixrac edib.

Report.az