ABŞ 200 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib | Banco.az

ABŞ 200 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ 200 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında qeyd edilib. 

Məlumata görə, siyahıya 200-dən çox şirkət və 23 fiziki şəxs daxil edilib. Siyahıda Rusiya, Türkiyə, Pakistan, Cənubi Koreya, Çin vətəndaşları var.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıya Rusiya ilə yanaşı, Böyük Britaniya,İsveçrə, BƏƏ, Çin, Kipr, Türkiyə, Tacikistan şirkətləri də daxil edilib.

Məlumatlara görə, Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın təşviqi, Rusiya tərəfindən Çində istehsal olunan silah və texnologiyaların təşviqi və alınmasına görə qeyri-rus şirkətləri və şəxslərə qarşı sanksiyalar tətbiq edilib . 

Həmçinin,  Kanada da Rusiya əleyhinə sankiyalar siyahısını genişləndirib.