"ABŞ 15 dekabrda gömrük tariflərini tətbiq etsə Çin müqavilə bağlamayacaq" | Banco.az

"ABŞ 15 dekabrda gömrük tariflərini tətbiq etsə Çin müqavilə bağlamayacaq"

Ağ Evin sabiq iqtisadi müşaviri Gary Cohn etdiyi açıqlamada, ABŞ Prezidenti Donald Trampın 15 dekabrda Çinə tətbiq olunacağını açıqladığı gömrük tarifləri qüvvəyə minsə ticarət razılaşmasının reallaşmayacağını düşündüyünü söyləyib.

Cohn, "Məncə Tramp 15 dekabr tariflərini təzyiq mexanizmi olaraq düşünür, lakin bu mövzuda problem yaratmağa davam etsə Çinin gözündəki etibarını itirəcəyini düşünürəm", - deyib

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Xəzinə naziri Steven Mnuchin, razılaşmanın reallaşmaması vəziyyətində 15 dekabr tariflərinin qüvvəyə minəcəyini bildirmişdi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et