Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da təxminən 230 ildən çoxdur dövriyyədə olan 1 sentlik sikkənin (penninin) istehsalı rəsmi olaraq başa çatıb.
Banco.az xəbər verir ki, son qəpik Filadelfiyadakı ABŞ Sikkəxanasında zərb edilib.
Tramp administrasiyasının qərarına əsasən, qəpiklərin istehsalı yalnız kolleksiya məqsədilə məhdud sayda davam etdiriləcək.
ABŞ Xəzinədarlığı bildirib ki, qərar nəticəsində vergi ödəyiciləri hər il təxminən 56 milyon dollar qənaət edəcək.
Prezident Donald Tramp bildirib ki, bir qəpik istehsal etmək 2 sentdən çox başa gəlir və bu səbəbdən istehsalın dayandırılmasına göstəriş verib.
Qəpiklər dövriyyədə qalacaq və hələ də qanuni ödəniş vasitəsi sayılır. ABŞ Bankirlər Assosiasiyasına görə, hazırda dövriyyədə təxminən 250 milyard penni var.
