Abbas Kredit İttifaqı audit hesabatını açıqladı | Banco.az

Abbas Kredit İttifaqı audit hesabatını açıqladı

Abbas Kredit İttifaqı 2021-ci il üzrə maliyyə göstəricilərinə dair audit hesabatını açıqlayıb.

2021-ci ildə Kredit İttifaqının aktivləri 74 min manat təşkil edib. Bu aktivlərin 92,4%-i isə müştərilərə verilən kredit və avanslardan ibarətdir. Şirkətin öhdəlikləri isə 2020-ci illə müqayisədə hesabat dövründə 2 dəfədən çox azalıb. Onun öhdəlikləri bu dövrdə 49 min manat olub. 

Nizamnamə kapitalına gəldikdə, şirkətin bu göstəricisi 68 min manatdır. Bu isə Kredit İttifaqları üçün tələb olunan minimum nizamnamə kapitalının məbləğindən 17 dəfə çoxdur.

Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 4,7 min manat, əməliyyat gəlirləri isə 12,5 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Sərbəst auditorun Kredit İttifaqına təqdim etdiyi rəyin bir hissəsi ilə aşağıdakı şəkildən  tanış ola bilərsiniz:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram