"Azərbaycan Beynəlxalq Bankı" ASC "RİA Reytinq" agentliyinin ekspertləri tərəfindən hazırlanmış "MDB bank bazarının liderləri" reytinqində yenidən yüksək pillədə qərarlaşıb.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı" MDB-nin ən iri bankları sırasında (2014-cü ilin əvvəlinə olan məlumata əsasən) 31-ci pillədə yer alıb. 2013-cü ildə ABB reytinqin 34-cü pilləsində qərarlaşmışdı. Məlumat üçün qeyd edək ki, reytinqə MDB-nin bank bazarının ən böyük qurumları yer alıb. Reytinqə daxil edilən qurumların sayı 200-ə çatıb.
"RİA Reytinq" agentliyindən verilən məlumatda qeyd olunur ki, 2014-cü ilin 1 yanvar tarixi üzrə ABB-nin aktivləri 9.79 mlrd. dollar (ölkənin bank sistemində bankın aktivlərinin payı 37.7%-ə bərabərdir) təşkil edir. Bu rəqəm 2013-cü ilin analoji göstəricisi ilə müqayisədə, 24.5% çoxdur.
Sevinc İbadova/Banco.az