ABB yenə də dünyanın ən iri və ən dayanıqlı 1000 bankı sırasındadır | Banco.az

ABB yenə də dünyanın ən iri və ən dayanıqlı 1000 bankı sırasındadır

Böyük Britaniyanın "The Banker" jurnalının hazırladığı reytinq cədvəlində "Azərbaycan Beynəlxalq Bankı" ASC dünyanın ən iri və ən dayanıqlı 1000 bankı sırasında yer alıb.

ABB-dən verilən məlumata görə, bank birinci səviyyəli kapitalın həcminə görə reytinq cədvəlində 776-cı yerə yüksəlib. Jurnalın ötən il təqdim etdiyi reytinqlə müqayisədə, ABB ötən ilki mövqeyindən 134 pillə irəliləyərək daha yaxşı göstərici nümayiş etdirib.

Jurnalın tərtib etdiyi reytinqə əsasən, ABB aktivlərin həcminə görə 722-ci, kapitalın yetərlilik əmsalına görə 546-cı, kapitalın gəlirliliyinə görə 447-ci, aktivlərin gəlirliliyinə görə isə 520-ci pillədə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Londonda nəşr olunan və beynəlxalq maliyyə bazarlarına həsr olunan "The Banker " jurnalı aylıq ixtisaslaşmış jurnaldır. "The Banker" jurnalı "The Financial Times" LTD-yə məxsusdur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et