ABB-yə sığorta agenti lisenziyası verilib | Banco.az

ABB-yə sığorta agenti lisenziyası verilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Bu barədə  Palatadan bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, MBNP-nin Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı Bankın müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanuna və Palatanın Nizamnaməsinə əsasən verilib. 

©Report