ABB Telman İsmayılovla bağlı yayılan xəbərə münasibət bildirib | Banco.az

ABB Telman İsmayılovla bağlı yayılan xəbərə münasibət bildirib

ABB Telman İsmayılova məxsus aktivlərin bankın nəzarətinə keçməsi xəbərinə münasibət bildirib.

Azərbaycan Beynəlxalq Bankı (ABB) iş adamı Telman İsmayılova məxsus aktivlərin bir hissəsinin bankın nəzarətinə keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. ABB-dən "Report"a daxil olan məlumata görə, yayılan xəbərlər həqiqətə uyğun deyil. 

Qeyd edək ki, Rusiya mətbuatında "AST Qof" hoteli və Nikitsk bulvarında yerləşən mehmanxana kompleksinin layihəsinin Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçməsi barədə xəbər yayılıb. Xəbərə əsasən bu, Telman İsmayılovun dondurulmuş aktivlərinə kreditorların iddiası nəticəsində baş tutub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et