ABB Sumqayıtdan olan şagirdin Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak xərcini üzərinə götürüb | Banco.az

ABB Sumqayıtdan olan şagirdin Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak xərcini üzərinə götürüb

Son günlər adı sosial şəbəkələrdə tez-tez çəkilən sumqayıtlı şagird Fərid Babayevdən yeni xəbər var.

Banco.az xəbər verir ki,bununla bağlı Fərid Babayevin atası öz Facebook hesabında paylaşım edib.

Belə ki, azyaşlının yayda Sinqapurda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (SIMOC) iştirak xərclərini ABB öz üzərinə götürüb.

Qeyd edək ki, şagirdin atası Elnur Babayev də ABB-nin Sumqayıt filialında çalışır.

"Oğlum Fərid Babayev yayda Sinqapurda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında (SIMOC) ölkəmizi təmsil edəcək! Doğma Bankım ABB Fəridin olimpiadada iştirak xərclərini üzərinə götürdü. ABB-də çalışmağın bir üstünlüyü də budur!"-, deyə E.Babayev qeyd edib.

Fərid Babayev Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin şagirdidir. Ölkədaxili olimpiadalarda 50-yə yaxın qələbəsi var. ABŞ Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb. Bu nailiyyətinə görə yayda Sinqapurda keçiriləcək olimpiadada iştirak edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et