ABB yeni lotereya kampaniyasına start verib. “ABB səhmdarı ol, şanslarını artır!” lotereyasının müddəti 10 sentyabr 2024-cü il tarixinə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldəedəcəklər.
Tirajların tarixləri:
1-ci tiraj: 01.08.2024 – 10.08.2024 (15.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq);
4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq).
Lotereyanın şərtlərinə görə, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək vəlotereyada həmin say qədər iştirak şansı olacaq. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər.
Tirajlar ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək vəuduşlar pul şəklində müştərilərin ABB-dəkiaktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək.
Hədiyyələr hər tiraj üçün eynidir:
1 nəfər – 5000 AZN
1 nəfər – 3000 AZN
1 nəfər – 2000 AZN
47 nəfər – 100 AZN
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.