ABB region filiallarına müdir vakansiyası elan edir | Banco.az

ABB region filiallarına müdir vakansiyası elan edir

Bildiririk ki, Azərbaycan Beynəlxalq Bankı Sabirabad və Zərdab filiallarında vakant müdir vəzifələri üzrə bankdaxili və bankxarici müsabiqə elan edir.

Əsas vəzifələri:

  • ABB-ni təmsil etmək və onun strategiyasını həyata keçirmək, filialın fəaliyyətinə rəhbərlik və nəzarət etmək, büdcə və əməliyyat planlarının tərtibini və icrasını təmin etmək, kadrların, maliyyə və maddi-texniki resursların səmərəli idarə olunmasını təşkil etmək;
  • Filialın reytinqinin yüksəldilməsinə, region/rayonun müvafiq bazar seqmentində aparıcı mövqelərin tutul-masına, müştəri bazasının genişləndirilməsinə nail olmaq, bank məhsulları və xidmətlərinin həcmini genişləndirmək, keyfiyyətinin yüksəldilməsi və çeşidinin artırılması vasitəsilə mənfəətli fəaliyyəti təmin etmək;
  • Bank işinin təşkili, bank əməliyyatlarının aparılması və s. aidiyyətli sahələrdə mövcud qanunvericilik aktlarının və normativ hüquqi sənədlərin müəyyənləşdirdiyi qaydaları bilmək və onlara  düzgün əməl edilməsinə nəzarəti həyata keçirmək;

İxtisas tələbləri:

  • Ali iqtisadi və ya hüquqi təhsil (ikipilləli ali təhsil sistemində - magistr dərəcəsi) və bankda 4 illik iş stajı və ya ali təhsil (ikipilləli ali təhsil sistemində-magistr dərəcəsi) və bank sistemində 5 illik iş stajı

Digər peşəkar tələblər:

  • Bank fəaliyyətini tənzimləyən mövcud normativ hüquqi sənədləri (qanunlar, qərarlar, əmrlər, sərəncamlar, təlimatlar və s.) bilmək;
  • Menecerlik qabiliyyəti, müştərilər və partnyorlarla münasibətlərdə Bankı təqdirəlayiq səviyyədə təmsil etmək bacarığı;
  • Microsoft Office və xüsusi bank proqram təminatları ilə işləmək bacarığı.

Müsabiqənin şərtləri:

Ən sərfəli kredit üçün müraciət et

Müsabiqə 2  mərhələdə keçiriləcəkdir.

  • Birinci mərhələdə test vasitəsilə iddiaçıların bank işi, idarəetmə və komputer üzrə bilik səviyyələri  qiymətləndiriləcəkdir:
  • İkinci mərhələdə hər bir müsabiqə iştirakçısı ona İnsan resurslarının idarə edilməsi departamenti tərəfin-dən təqdim olunacaq materiallar (yerləşdiyi regionun iqtisadi vəziyyəti, potensial imkanları və s.) əsasında filialın 2015-2016-cı illər üçün inkişaf proqramına dair təkliflər hazırlamalı (2-3 vərəq həcmində) və bu təklifləri ABB-nin işə qəbul komissiyasında müdafiə etməlidir.
  • Müsabiqədə iştirak etmək istəyən namizədlər elana əlavə olunmuş anketi [email protected]e-mail ünvanına göndərməlidirlər:

Əlaqələndirici şəxs: Fuad Bağırov

  • Məlumatların son təqdimolunma tarixi 31 mart 2015-ci il.