Azərbaycan Beynəlxalq Bankı (ABB) nizamnamə kapitalını 100 mln manata qədər artırmağa hazırlaşır.
Bakı Fond Birjasından Banco.az portalına verilən məlumata əsasən, 11 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 0.27 manat olan 370 370 371 ədəd adi sənədli adlı səhmlərinin buraxılışı AZ1004004581 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi |
AZ1004004581 |
Emissiyanın həcmi |
100 000 000.17 AZN |
Qiymətli kağızın miqdarı |
370 370 371 ədəd |
Nominal dəyəri |
0.27 AZN |
Anderrayter |
"İnterneyşnl Tranzakşn Sistem" MMC |
Səhmlərinin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.