“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilməsi şərtləri Bankın borclu olduğu Qazaxıstan Pensiya Fonduna da eyni qaydada şamil ediləcək.
Bunu jurnalistlərə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib.
“Kreditorlar ABŞ-Böyük Britaniya qanunvericiliyi əsasında fəaliyyət göstərir və hamıya eyni qaydada yanaşılır”, - deyə o, qeyd edib.
X.Əhədov onu da deyib ki, ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir: "Gözləntilərimiz müsbətdir, prosesin uğurla yekunlaşacağını gözləyirik".
Mənbə: Report.az