ABB-nin Müşahidə Şurası nə üçün toplanır? | Banco.az

ABB-nin Müşahidə Şurası nə üçün toplanır?

Azər Bayramov : "Sabah baş tutacaq iclasda yeni sədr təyin oluna bilər".

Beynəlxalq Bankın Müşahidə Şurasının icrasının vaxtı bəlli oldu. Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, iclas sabah baş tutacaq. 

Nazirlik rəsmisinin sözlərinə görə, sabahkı iclasda yeni sədr təyin oluna bilər. Hazırda Beynəlxalq Bankın sədri vəzifəsi boşdur. Bu vəzifədə indiyə kimi Cahangir Hacıyev çalışıb. 

A.Bayramov Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsinə də toxunub. O, deyib ki, yaxın müddətdə bununla bağlı iclas olacaq. Keçiriləcək iclasda müvafiq qərar qəbul olunacağını və daha sonra mətbuata açıqlanacağını söyləyib.

Cahangir Hacıyev 26 oktyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin, şərqşünaslıq fakültəsində, Texas Universitetinin, 
Menecment, beynəlxalq ticarət, maliyyə və hüquq fakultəsində, Hollandiyanın Xarici Əlaqələr Nazirliyi nəzdində kurslarda təhsil alıb. Bank sektoruna qədər ərəb dili üzrə tərcüməçi, Ticarət Nazirliyində müxtəlif vəzifələrdə və özəl şirkətdə çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında fəaliyyətə başlayıb, 2011-ci idarə heyətinin sədri olub. Rus, ingilis və ərəb dillərini bilən Cahangir Hacıyev ölkənin aparıcı bank mütəxəssislərindən sayılır.

O, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədri vəzifəsini 2011-ci ildən icra edir. O, 18.03.2015 tarixinə kimi bu postu tutub. 

ABB-nin məlumatına görə, Cahangir Hacıyev səhhətilə əlaqədar istefa verib. Onun öhdəliklərinin icrası müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayevin üzərinə qoyulub.

mənbə: anspress.com

 

 

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et