ABB-nin mətbuat xidmətinə yeni rəhbər təyin olunub | Banco.az

ABB-nin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. 

Banco.az "Report"a istinadən xəbər verir ki, Yadigar Cəfərli bu vəzifədə öz işinə başlayıb. 

Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et