ABB-nin Əhmədli filialı fəaliyyətə başladı | Banco.az

ABB-nin Əhmədli filialı fəaliyyətə başladı

Müştərilərə maksimum əlçatan olmaq üçün ABB xidmət şəbəkəsinin inkişafını uğurla həyata keçirir. Filialların ofisləri Bankın yeni brend kimliyinə uyğun qurulur. Həmçinin yeni filiallar yaradılır. Bu prosesin davamı kimi ABB-nin Əhmədli filialı fəaliyyətə başlayıb. Filial Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi - 155 ünvanında müştərilərə xidmət göstərir.

Filialın binası Bankın yeni konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər Əhmədli filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et