ABB-nin Azercell kartlarını yarı qiymətinə əldə etmək fürsəti! | Banco.az

ABB-nin Azercell kartlarını yarı qiymətinə əldə etmək fürsəti!

ABB Azercell kobrend kartları ilə bağlı möhtəşəm yenilik edib.

Bu kartları onlayn kanallarla (ABB mobile tətbiqi, https://abb-bank.az/) sifariş verənlər onu 50% endirimlə, cəmi 5 manata əldə edə bilərlər. Endirim imkanı 30 sentyabr 2022-ci il tarixinə qədər keçərlidir. Kampaniya müddətində Azercell kobrend kartı əldə etmiş müştərilər bu kartla mobil cihazlarla etdikləri minimum 20 manat həcmində ilk nağdsız ödənişlər zamanı 600 bonus (7 GB internet paketi) qazanacaqlar.

Hədiyyə bonuslar kampaniya bitdikdən sonra 15 gün ərzində müvafiq şərtlərə uyğun olaraq müştərinin bonus balansına əlavə ediləcək.

ABB-nin Azercell kobrend kartları müştəriyə gündəlik xərclərindən qazanmaq fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edir. Bankla tərəfdaş məkanlarda edilmiş alış-verişlər zamanı da bal formasında əlavə keşbeklər toplanır. Toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişmək olur. Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da açdırmaq mümkündür. ABB-nin Azercell kobrend kartlarını buradan sifariş verə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et