ABB-nin avtomobilləri satışa çıxarılır – Hərrac | Banco.az

ABB-nin avtomobilləri satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 4 sentyabr 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 29 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin start qiyməti 4 100 manatdan 19 000 manata qədərdir. Nəqliyyat vasitələrinin markaları isə "Hyundai Elantra" (25 ədəd), "Hyundai Sonata" (2 ədəd) və "Hyundai Accent" (1 ədəd) və "Fiat Doblo"dur (yük) (1 ədəd).

Avtomobillər haqqında daha ətraflı məlumat:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram