ABB-nin ATM-lərində yenilik! | Banco.az

ABB-nin ATM-lərində yenilik!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank xidmətlərini daha asan və çevik əldə etməyə imkan yaradır.

Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnız nağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdim etdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər. ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini Azerikard və CASPA şirkətləri ilə birgə həyata keçirir.

ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan AniPay-lə mədaxil xidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. AniPay ödəniş sistemində (AniPay tətbiqi) qeydiyyatdan keçmiş bütün müştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bank hesabına komissiyasız mədaxil edə bilərlər. Heç bir komissiya və ya limit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadə müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.

Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub. Həmin ATM hazırda Bankın Mərkəzi filialında yaradılmış muzeydə eksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFC əməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyə başlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-i Bakıda, 463-ü regionlardadır.

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et