ABB-nin 2018-ci il sonuna qədər özəlləşməsi gerçəkdir | Banco.az

ABB-nin 2018-ci il sonuna qədər özəlləşməsi gerçəkdir

 “Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır” - bunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovbu gün keçirilən kreditorların görüşündəki səsvermənin nəticələri ilə bağlı bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq.

Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatankreditorlara 10 may -1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.

Azərbaycan hökuməti bu prosesi bankın müəyyənxarici valyutada olan öhdəliklərininbirbaşa dövlət borcuna aid edilməsi yolu ilədəstəkləyir. NəticədəAzərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et