“ABB-Moskva” yüksək məbləğdə kredit cəlb edəcək | Banco.az

“ABB-Moskva” yüksək məbləğdə kredit cəlb edəcək

“ABB-Moskva” bir il müddətinə 2 milyard rubl məbləğində kreditin cəlb edilməsi haqqında saziş imzalayıb.

Azərbaycan Beynəlxalq Bankından (ABB) bildiriblər ki, kredit ABB-nin zəmanəti əsasında cəlb edilib.

Resursların belə əhəmiyyətli miqdarda cəlb edilməsi kreditorlarin “ABB-Moskva”ya yüksək etimadını göstərir. Bu, maliyyə institutları ilə əməkdaşlığın inkişafı və möhkəmlənməsi, həmçinin işgüzar əlaqələrin gücləndirilməsi üçün bir addımdır.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et