“Moody’s Interfax Rating Agency” agentliyi "ABB-Moskva” bankının milli şkala üzrə reytinqini Ваа3-dən Baa2 səviyyəsinədək artırıb.
Agentlik həmçinin "ABB-Moskva” bankının (Azərbaycan Beynəlxalq Bankının törəməsi, ABB) beynəlxalq şkala üzrə reytinq proqnozunu B3 “Sabit”dən B3 “Pozitiv”ə dəyişib.
“Moody’s” qeyd edir ki, 2014-cü ilin iyul ayında "Azərbaycan Beynəlxalq Bankı" ASC "ABB-Moskva” bankının nizamnamə kapitalına 1,25 mlrd. rubl məbləğində əlavə vəsait daxil edib, bu isə son 5 il ərzində ən mühüm hadisədir.
Həmçinin məlumatda qeyd olunur ki, son illər “Bank "ABB-Moskva” aktivlərinin keyfiyyətini yaxşılaşdırıb, öz istiqrazlarının buraxılışı hesabına əsas bankdan asılılığını xeyli azaldıb, bununla belə fondlaşma mənbələrinin gələcək diversifikasiyası əsas strategiyadır.