“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Emin Ramiq oğlu Əfəndiyev təyin edilib.
Bankdan verilən xəbərə görə, o, artıq vəzifəsinin icrasına dekabrın 15-dən başlayıb. Yeni sədr ali iqtisadi təhsil alıb, bir sıra kredit-maliyyə təşkilatlarında aparıcı vəzifələrdə işləyib, o cümlədən Kapital Bank və ABB-də çalışıb.
Qeyd edək ki, “ABB Moskva” 2002-ci ildə yaradılıb.